Yuxarı

Ankara Qərblə yaxınlaşır: Məşhur jurnalistlər azad edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Cümhuriyyət” qəzetinin yazarı Əhməd Şık və redaktoru Murad Sabunçu azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, həbsdən buraxılan Şık buna görə sevincli olmadığını bildirib. Haqsız yerə həbs edildiyini bildirən Şık həmçinin “Cümhuriyyət” qəzetinin rəhbərlərindən olan Akın Atalayın da həbsdən azad edilməsini tələb edib.

Jurnalistlərə açıqlama verən Türkiyə Ədliyyə naziri Əbdülhəmid Gül məhkəmənin verdiyi qərara hökumətin hörmət etmək məcburiyyətində olduğunu deyib:

“Türkiyə hüquq dövlətidir. Məhkəmənin verdiyi qərara hər kəs hörmət etmək məcburiyyətindədir. Verilmiş qərarı bəyənməyə bilərik, amma hörmət etməliyik”.

Qeyd edək ki, son günlər Türkiyə ilə Avropa arasında yaxınlaşma prosesi başlayıb. Bəzi ekspertlər həm “Cümhuriyyət” qəzeti jurnalistləri, həm də Almaniyanın “Doyçe Velle” radiosunun jurnalisti Dəniz Yücelin Berlinlə Ankara arasındakı razılaşmanın nəticəsi olaraq azad edildiyini iddia ediblər. Ən maraqlı məqam isə jurnalistlərin azad edilməsinin Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bu gün Almaniya səfəri ilə üst-üstə düşməsi olub.

Əhməd Şık Türkiyənin məşhur araşdırmaçı yazarıdır. O, Ədalət və İnkişaf Partiyası hakimiyyətinin ilk dövrlərində FETÖ təşkilatının iç üzünü açan kitab yazsa da, sonradan bu kitab ölkədə qadağan olunmuşdu. 15 iyul çevriliş cəhdindən bir müddət sonra Şık yenidən terrora dəstəkdə ittiham olunaraq həbs edilmişdi.

Tarix
2018.03.10 / 16:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla