Yuxarı

İran xalqından duyğusal təklif: Türk təyyarəsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Bəxtiyariya mahalının sakinləri “Başaran Holdinq”ə məxsus türk təyyarəsinin qəzaya uğraması zamanı həlak olanların xatirəsini əbədiləşdirmək üçün abidə inşası ilə bağlı təklif irəli sürüb.

Axar.az xəbər verir ki, mahal əhalisini təmsil edən nümayəndələr bununla bağlı Başaran ailəsindən icazə istəyiblər.

Onlar yazılı plakatlar qaldıraraq bununla bağlı xəbər gözlədiklərini bəyan ediblər:

“Əziz Başaran ailəsi və türk xalqı, Mina və onun dostlarının ruhu Helen meşələri və Bəxtiyariya dağlarında göylərə uçdu. Bəxtiyariya sakinləri dünyanın ən qonaqpərvər sakinləri kimi tanınır. Amma bu ev sahibliyindən dolayı çox kədərliyik. Biz sizin qızınızın xatirəsini əbədiləşdirmək üçün qəzanın baş verdiyi ərazidə abidə ucaltmaq istəyirik. Təbii ki, sizin icazənizlə... Sizdən xəbər gözləyirik”.

Xatırladaq ki, 2 güncə öncə BƏƏ-nin Şarika şəhərindən İstanbula qayıdan Başaran ailəsinə məxsus özəl sərnişin təyyarəsi İranın Çaharmahal və Bəxtiyariya mahalları sərhədində yerə çırpılıb.

Nəticədə Dubayda "Subaylığa vida partisi"ndən gələn Başaran Holdinqin sahibi Hüseyn Başaranın qızı Mina və 7 rəfiqəsi, həmçinin 3 ekipaj üzvü olan xanım həyatını itirib.

Tarix
2018.03.13 / 22:54
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla