Yuxarı

Rusiyadan Türkiyəyə xatırlatma - Kiçik Qaynarca sazişi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımla bağlı bəyanat yayan Türkiyə Xarici İşlər Nazirliyi müharibədən sonra imzalan Rusiya-Türkiyə razılaşmalarında Rusiyanın Krım üzərindəki suverenliyini qeyri-şərtsiz və qəti olaraq tanıdığını unutmamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Krımdakı rəsmi nümayəndəsi Georgi Muradov deyib.

“Təəssüf ki, Türkiyə Xarici İşlər Nazirliyi həmişi xatırlamalı olduğu bir şeyi – müharibə sonrası imzalanmış Rusiya-Türkiyə razılaşmalarını unudur. Xatırladıram ki, razılaşmalara əsasən, Türkiyə Rusiyanın Krım üzərindəki suverenliyini qeyd-şərtsiz və qəti olaraq tanıyıb. Vurğulayıram: yalnız Rusiyanın suverenliyi, başqa heç kimin!” - Muradov bildirib.

Muradovun sözlərinə görə, tərəflər arasında Krımla bağlı başqa heç bir müqavilə imzalanmayıb:

“Tarix göstərir ki, qanlı müharibələrin yekunları ilə bağlı müqavilələri unutmaq, o cümlədən onları yox saymaq çox təhlükəlidir”.

Xatırladaq ki, 1768-1774-cü illərdə baş verən Osmanlı-Rusiya müharibəsi türklərin Krımda hakimiyyətinə son qoyub və 1774-cü ildə imzalanmış Kiçik Qaynarca sülhünə əsasən, Osmanlı imperiyası Krımı Rusiyaya güzəştə gedib. 1783-cü ildə Krım yarımadası Rusiya imperiyasının tərkibinə daxil edilib.

Tarix
2018.03.18 / 00:59
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla