Yuxarı

ABŞ göstərdi: gələcəyin müharibəsi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin laboratoriyası (AFRL) yaxın gələcəkdə gözlənilən aviamüharibələrlə bağlı video yayımlayıb.

Axar.az xəbər verir ki, “Hərbi Hava Qüvvələri 2030 - Əməliyyat çağırışı” adlı videoda AFRL araşdırmalarının qısa tarixçəsi açıqlanır və milli təhlükəsizliyin qorunması üçün araşdırmaların davam etdirilməsinin vacibliyi qeyd edilir.

Videoda göstərilir ki, aviasavaşlar zamanı ABŞ qüvvələri bir mərkəzdən koordinasiya olunur və bundan sonra onlar Yer kürəsinin müxtəlif bölgələrinə yerləşdirilir.

Məlumata görə, 2030-cu ilə qədər ABŞ F-35-lərin pilotsuz idarə edilməsi üçün onları elektron sistemlərlə təchiz etməyi düşünür.

Həmçinin laboratoriya sözügedən videoda F-35-lərin düşmən ərazisinə bir neçə bomba atdığını və bir PUA-nın düşmən tərəfindən vurulduğunu nümayiş etdirir.

2030-cu ilə qədər pilotların ürək döyüntüsü, təzyiq, hərarətinin müəyyən edilməsi üçün “smart” sensorların da F-35-lərə yerləşdirilməsi nəzərdə tutulub.

Bundan əlavə, video-çarxda dronlardan ayrılan robotun hərbi təyyarədən bombalar atdığı görünür.

Sonda isə lazer şüası olan ABŞ təyyarəsi düşmənin uçuş aparatını məhv edir.

Tarix
2018.03.28 / 07:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla