Yuxarı

Duqin erməniləri sakitləşdirdi: Sizi satmarıq, qorxmayın!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Duqin erməniləri sakitləşdirdi:

Türkiyə-Rusiya-İran arasında strateji alyans son illər güclənib.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib.

“Bu alyansın qarşısında çoxlu maneələr dayanır, amma o maneələri çətinliklə də olsa, aşmaq mümkün olur. Bu gün belə bir müttəfiqliyi ləğv edəcək heç bir güc yoxdur. Bu ittifaq Cənubi Qafqaza necə təsir edəcək? Sizi Ermənistan maraqlandırır. Məsələ ondan ibarətdir ki, Rusiya heç vaxt öz müttəfiqlərini satmaq üçün kimlərləsə dostluq etmir. Ermənistan Rusiyanın geosiyasi maraqlar strukturunda dayanır. Narahat olmağa ehtiyac yoxdur. Türkiyə ilə yaxınlaşma Moskva və İrəvan arasındakı münasibətlərə heç cür təsir etmir. İkincisi, Türkiyənin Ermənistanla bir sıra tarixi məsələləri çıxmaq şərti ilə heç bir geosiyasi və simvolik problemləri yoxdur. Burada əsas məsələ Rusiya, Türkiyə və İranın yaxınlaşdığı məqamda Ermənistan və Azərbaycanın bu üçbucaqda özlərinə yer axtarmasıdır. Faktiki olaraq Bakı bunu etməyə başlayıb. Bakı bu prosesi görüb, anlayır ki, Moskvanın hansısa regional problemin həlli üçün heç bir alternativi yoxdur. Digər tərəfdən onu da demək lazımdır ki, İrəvan çoxdan bunu anlayıb. Məncə, bu gün nə Bakı, nə də İrəvanın manevr üçün real azadlığı var. Nə Bakı, nə də İrəvan Moskvaya ultimatum verib deyə bilər ki, əgər siz Qarabağ problemini həll etməsəniz, biz düşməninizin yanına gedəcəyik. Ona görə ki, hətta regional güclər olan Türkiyə və İran da Moskvaya qarşı çıxa bilmirlər və Moskvanın yanında yer alırlar. Amerikalılar sübut edirlər ki, onlar özlərinin həyati önəm kəsb maraqlarının olduğu zonalarda belə problemləri həll edə bilmirlər. Ona görə də bu, Rusiyanın müttəfiqi olan İrəvana və Rusiya ilə son zamanlar yaxınlaşan Bakıya bu üçbucaqda yerini tapmaları üçün təsir edəcək. Qarabağ konfliktinin balanslaşdırılmış həllini axtarmaq lazımdır, amma Ermənistan və ya Qarabağ məsələsi Rusiya-Türkiyə görüşləri, eləcə də Rusiya-Türkiyə-İran əməkdaşlığı çərçivəsində müzakirə edilmir”, – deyə o bildirib.

Tarix
2018.04.04 / 17:06
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla