Yuxarı

Jirinovskidən imperatorluq təklifi: Putindən cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovskidən imperatorluq təklifi: Putindən cavab

Rusiya Liberal Demokrat Partiyasının qalmaqallı lideri Vladimir Jirinovski ölkəsinin 13 il əvvəl ABŞ ilə deyil, Türkiyə və müsəlman ölkələri ilə əməkdaşlıq etməli olduğunu bildirib.

Axar.az xəbər verir ki, Krımda təşkil olunan və Prezidenti Vladimir Putinin də iştirak etdiyi Rusiya siyasi partiyalarının konfransında danışan Jirinovski Qərb ölkələrindən daha çox, müsəlman ölkələri ilə əməkdaşlığın vacib olduğunu bildirib. Onun sözlərinə görə, Qərb Rusiyanın dostu deyil:

"Rusiya həmişə Qərbə üz tutub. Amma Qərbdə bizim nə müttəfiqimiz, nə də dostumuz oldu. Cənuba, həm də barışla getmək lazımdır. Lenin doğru addım atdı: İlk dostluq əlaqələrini Türkiyə, İran və Əfqanıstanla qurdu".

Jirinovskinin sözlərinə görə, 2001-ci ildə Putin iclas edən zaman hamı Qərbi dəstəkləyib:

"Hörmətli Putin 2001-ci ildə Nyu Yorkda terror aktı baş verəndə toplantı çağırdı. Nə etmək lazımdır deyə müzakirə etdiniz. Məndən başqa hamı Corc Buşla əməkdaşlığı təklif etdi. Mən isə əksinə, müsəlmanlarla əməkdaşlıq edilməsini təklif etdim. Bu gün də biz üzümüzü müsəlman dünyasına tutmuşuq. Misir, Ərdoğan Türkiyəsi və İran. 13 ilimizi də belə itirdik".

Rus siyasətçi çıxışında Rusiyanın güclənməsi üçün imperatorluq sisteminə keçilməsi lazım olduğunu da bildirib. Lakin Putin bunun Jirinovskinin subyektiv fikri olduğunu, Rusiyanın yürütdüyü siyasətə uyğun olmadığını deyib.

Tarix
2014.08.16 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla