Yuxarı

Sərkisyanın kriminal rejimi xalqı bezdirib - Zubov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanı Federal Təhlükəsizlik Xidməti idarə edir.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində rusiyalı məşhur tarixçi Andrey Zubov deyib.

“Putin FTX-dan qorxur. Ona görə ki, bu qurum sona qədər onun tabeliyində deyil. Bu təşkilat müstəqildir və Putin gözəl anlayır ki, nə zamansa bu qurum onu hakimiyyətdən uzaqlaşdıra bilər. Ona görə də Putin digər diktatorlar kimi başqa qüvvələrə də diqqətini yönəldir. Xüsusən bu işdə mülki administrasiyadan istifadə edir. Buna misal kimi Kadırov və döyüşçülərini göstərmək olar. Putin öz hakimiyyətinə görə FTX-nın güclənməsinə maneə yaradır. Digər tərəfdən, Prezident Administrasiyasında FTX-nın hakimiyyətə gəlməsindən çox qorxurlar. Ona görə ki, FTX hakimiyyətə gələrsə, ilk olaraq mülki administrasiyadakı şəxslər vurulacaq. Administrasiya bunun üçün hər cür müqavimət göstərir, hətta müxalifətlə də əlaqələr qurmağa çalışır. Hazırda Rusiya cəmiyyətində etirazlar getdikcə alovlanır”, – deyə o bildirib.

Zubov Ermənistandakı hadisələrə də toxunub:

“Ermənistandakı hadisələr 2013-2014-cü ildəki Maydanı xatırladır. Əsas hərəkətverici qüvvə İrəvandakı gənclərdir. Onlara Aleksey Navalnıya bənzəyən Nikol Paşinyan rəhbərlik edir. Bu şəxs də xalqın arasından çıxıb və əyalət adamıdır. Məncə, artıq Ermənistanda insanları Serj Sərkisyanın kriminal rejimi bezdirib. Serj Sərkisyan da özünü Putinə oxşadır və əbədi diktator olmaq istəyir. Erməni ictimaiyyəti bilir ki, indi buna yox deməsə, gec olacaq”.

Tarix
2018.04.21 / 17:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla