Yuxarı

Müharibə hazırlıqları başladı: Türkiyəyə hücum?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatınız boyu kirayə döyüş vasitəsi gördünüzmü? Eşitdinizmi? Vardır yəqin ki, ancaq mən heç kirayə götürülmüş döyüş gəmisi eşitməmişdim.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik eksperti Mete Yarar bugünkü məqaləsində bildirib.

“Ortada bir savaş yoxdur. İqtisadi cəhətdən batmış bir ölkədən bəhs edirik. Birini 100 milyon avrodan kirayələdilər. Sizcə, müharibə yoxdursa, niyə döyüş gəmisi icarəyə götürürlər? Demək, nəyəsə hazırlanırlar. Niyə Yunanıstanın müdafiə naziri açıqlamalar verir? Fransa prezidenti “Biz Suriyaya gəldik, Türkiyə ilə Rusiyanın arasını vurmaq üçün bilərəkdən Suriyanı bombaladıq” tipli açıqlamalar verir...” - Yarar qeyd edib.

Ekspert bildirib ki, Türkiyə S-400 müdafiə sistemi almağa çalışır, əvəzində qiyamət qopur:

“Bu silah-filan deyil, müdafiə sistemidir. Türkiyə özünü müdafiə etmək üçün sistem istəyir, başqa heç nə. Bunun alınmaması üçün səy göstərirlər. Səudiyyə, BƏƏ və Misir qoşunlarının tərkibində olduğu ordunun sərhədlərimizə gəlməsi üçün görüşlər keçirilir. Bir şeyə hazırlaşırlar. Türkiyə də hazırlaşır, ancaq biz müharibəyə hazırlaşmırıq. Biz onsuz da hər vəziyyəti nəzərə alaraq hazırlıq aparırıq. Bu coğrafiyanın taleyi budur”.

Tarix
2018.04.24 / 10:05
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla