Yuxarı

Başkəsənlər Folinin ailəsindən 132 milyon dollar istəyirmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başkəsənlər Folinin ailəsindən 132 milyon dollar istəyirmiş

Frans Press amerikalı jurnalist Ceyms Folinin azad olunması cəhdlərində bilavasitə iştirak etmiş şəxsə istinadla xəbər verir ki, İraq İslam Dövləti yaraqlılarının Folinin ailəsinə göndərdiyi məktubda onu azad etməyə fantastik 100 milyon dollar istəyiblər.

Eyni mənbə bildirir ki, avqustun 13-də Foley-nin ailəsi ikinci məktubu alıb. Orda yaraqlılar bildirirdi ki, ABŞ-ın hava zərbələrinə cavab olaraq Foley edam olunacaq.

Foley-in işlədiyi GlobalPost isə bildirib ki, əslində daha çox pul istənilib. GlobalPost xəbər saytının sözçüsü Frans Pressə deyib: "GlobalPostun icra rəhbəri Filiip Balboni bildirir ki, yaraqlılar 100 milyon avro istəyib, yəni 132 milyon dollar."

Frans Press Foli ilə birlikdə əsirlikdə olan Fransa vətəndaşı Nicolas Heninlə də danışıb. Henin deyib: "Azad etdirmək üçün pul verməyən ölkələrdən olanlar anlayırlar ki, onların vəziyyəti mürəkkəbdir".

Vaxtilə yaraqlıların girovu olan və adının çəkilməsini istəməyən başqa bir fransalı agentliyə deyib: "əsirlikdə amerikalılar və avropalılar müxtəlif hisslər keçirir. Amerikalılar bilirlər ki, bizim ölkələrdən fərqli olaraq onların hökumətləri onları azad etmək üçün girov pul verməyəcək, ona görə onların qorxu hissləri bizimkindən güclüdür".

2009-cu ildə 7 ay Taliban əsirliyində olan amerikalı jurnalist David Rohde əsirlikdən yalnız qaçmaqla qurtara bilib. O media vasitəsilə Qərb hökumətlərinə müraciət edib ki, əsirlikdən azad etmək üçün pul vermə məsələsini qaydaya salsınlar. O deyir: "İndiki yanaşma iflasa uğrayır". "Foley ölməməli idi"

Azadlıq.org

Tarix
2014.08.21 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla