Yuxarı

Parlament buraxılır: “Günah hər birimizindir” – Kliçko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Deputat fraksiyaları rəhbərlərinin parlamentdə yeni koalisiyanın yaranmadığını və buna görə də Prezident Poroşenkonun səlahiyyətindən istifadə edərək, avqustun 24-də parlamenti buraxmaq təşəbbüsünü anlayışla qarşıladılar".

Axar.az Unian-a istinadla xəbər verir ki, bu barədə deputat fraksiya rəhbərlərinin Prezident Poroşenko ilə məsləhətləşmələrindən sonra mediaya açıqlamasında UDAR lideri Vitali Kliçko deyib. Onun sözlərinə görə, parlamentin buraxılması və yeni növbədənkənar seçkilərin keçirilməsi realdır. "Növbədənkənar parlament seçkiləri oktyabrın sonunda keçirilə bilər" – Kliçko deyib.

Poroşenkonun parlamenti buraxacağı və yeni seçkilərə start veriləcəyi təqdirdə Radanın seçkilərə qədər normal fəaliyyəti də razılaşdırılıb.

Poroşenko seçki kampaniyalarında əlavə xərclərdən çəkinməyi, həmçinin açıq adlarla proporsional siyahı ilə bərabər, Donetsk və Luqanskdan da seçicilərin iştirakını təmin etmək məqsədi ilə mojaritar qaydada seçkiyə qatılmağın mümkünlüyü məsələsini də müzakirə edib.

UDAR lideri deputatların hər birinin anti-konstitusion qərarın verilməsində rolu olduğunu qəbul etdiklərini və buna görə də yeni seçkiləri anlayışla qarşıladıqlarını bəyan edib:

"Kiyevə qan gətirən 16 yanvar tarixli anti-konstitusion, anti-xalq qərarın verilməsində parlament deputatlarının hər birinin günahı var. Ona görə də bizim mövqeyimiz belədir ki, hər xalq deputatı seçicilərinin mühakiməsinə göndərilməlidir".

Tarix
2014.08.22 / 21:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla