Yuxarı

ABŞ Çin və Koreyanı Rusiya qarşı çıxmağa səslədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya əleyhinə sanksiya tətbiq edən ölkələrin dairəsini genişləndirməyə çalışır.

Axar.az xəbər verir ki, bu mövzuda Çin, Cənubi Koreya və Sinqapurla məsləhətləşmələr aparılır. Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə məsul şəxsi Deniel Frid Pekin, Seul və Sinqapurdan alınan cavabları açıqlamasa da, Şərqi Asiya ölkələrinin sanksiyalar paketinə qoşulmasına dair danışıqların davam etdirildiyini bildirib. Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar digər ölkələri də həmrəyliyə və Rusiyanı Ukraynaya qarşı yürütdüyü siyasətə görə cəzalandırmağa çağıracaq.

Rusiyanın AB, ABŞ və bir sıra digər ölkələrdən gətirilən məhsullara cavab sanksiyalarına gəldikdə isə, diplomat bildirib ki, Rusiya hökumətinin öz vətəndaşlarını xarici qidalardan məhrum edən hərəkətlərini anlamır. Onun fikrincə, Moskva sovet dövrünə doğru addımlamaqdadır:

"Nomenklaturadakılar keyfiyyətli məhsullarla təmin edilir, sadə insanlar isə bundan məhrum olurlar".

Dövlət departamentinin məmuru əmindir ki, AB və ABŞ-ın təzyiqləri gec də olsa, konkret nəticələr verəcək. Xüsusilə də söhbət burada Rusiya iqtisadiyyatının çökməsindən gedir: "Rusiya böyük mədəniyyəti və nəhəng intellektual kapitalı olan ölkədir. XXI əsrdə o, xeyirxahlığın ən başlıca mərkəzlərindən ola bilərdi. İndi orada baş verənlər fəlakətdir. Ümidvaram ki, günlərin bir xoş günü ruslar bunu dərk edəcək və biz yenidən konstruktiv münasibətlərimizə qayıdacağıq".

Tarix
2014.08.25 / 17:23
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Qarabağ atları Britaniyada kral atçılıq şousunda - Foto

Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır

Prezident Zuhair Əlhartini qəbul etdi

İlham Əliyev müftiləri qəbul etdi

Paşinyan erməniləri “verməməkdə” ittiham etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Ermənistan qoşunları Göyçə gölü ətrafından çıxarılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla