Yuxarı

Poroşenko çox riskli qərarı verdi – Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Poroşenko Ali Radanın buraxılması ilə bağlı bir neçə gündür davam edən müzakirələrə nöqtə qoyub və parlamentin buraxılmasına qərar verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz Tvitter hesabında yazıb. Prezidentin mətbuat katibi isə bildirib ki, Ali Radanın buraxılmasına səbəb deputatların əksəriyyətinin Maydan fəallarının həyatı bahasına başa gələn diktator qanununa səs verməsidir.

Xatırladaq ki, ötən gün parlament fraksiyaları rəhbərləri ilə görüşdə Poroşenko Ali Radanın buraxılmasını təklif etmiş və bu, fraksiya rəhbərləri tərəfindən müsbət qarşılanmışdı. Maydan qəhrəmanlarından olan UDAR partiyasının lideri Vitali Vliçko mediaya açıqlamasında 16 yanvar 20014-cü il qanununa səs verən deputatların seçicilərin mühakiməsinə buraxılmalı olduğunu bildirmişdi. Ən son məlumata görə, seçkilər oktyabrın 26-da keçiriləcək. Ali Rada Ukraynadakı vəziyyətin gərginliyini nəzərə alaraq, yeni parlament formalaşana qədər fəaliyyət göstərəcək.

Ekspertlərin fikrincə, Poroşenkonun bu qərarı Ukraynada müharibə getdiyi üçün riskli sayılsa da, doğru addımdır. Poroşenkonun təklifi ilə Donbass və Luqanskdan da seçicilərin iştirakını təmin etmək məqsədi ilə mojaritar qaydada namizədlərin qeydə alınacağı istisna deyil. Ukraynada parlament seçkiləri hazırda proporsional qaydadadır.

Tarix
2014.08.26 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla