Yuxarı

Ukrayna rəsmilərindən Timoşenkoya növbəti zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna rəhbərliyində təmsil olunanlar – Arseni Yaçenyuk, Arseni Avakov, Aleksandr Turçinov və Andrey Porubiy Yulya Timoşenkonun sədri olduğu "Batkivşina" fraksiyasının Siyasi Şurasını tərk ediblər.

Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində Daxili İşlər naziri Arseni Avakov məlumat yerləşdirib.

Onun sözlərinə görə, təmsil olunduğu siyası düşərgədən ayrılması o anlama gəlməməlidir ki, dostlarına qarşı qara yaxacaqlar:

"Bizim "Batkivşina"da yetərincə dostlarımız var və mövcud münasibətləri qorumaq əzmindəyik. Bu şəxslərlə bizi bir çox məqam birləşdirir. Ümid edirəm ki, bundan sonra da münasibətlərimiz xoş hislər üzərində qorunacaq".

Avakov əlavə edib ki, bu addımı Ukraynanın gələcəyi naminə atıblar.

Xatırladaq ki, keçmiş Baş nazir Yulya Timoşenko bəzi siyası çevrələr tərəfindən Kremllə müəyyən iş birliyində təqsirli bilinirdi.

Tarix
2014.08.27 / 21:41
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla