Yuxarı

Yaponiya tarixi görüşə qarşı çıxdı: Təəssüf...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Şimali Koreya Lideri Kim Çen İn ilə planlaşdırılan sammiti ləğv etməsi barədə qərarını dəstəkləyirəm.

Axar.az xəbər verir ki, bunu Peterburqda səfərdə olan Yaponiya Baş naziri Şinzo Abe rusiyalı jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

Baş nazir bildirib ki, o və D.Tramp Şimali Koreyaya münasibətdə siyasətlərini tamamilə bir-biri ilə razılaşdırırlar. Yüksək səviyyəli görüşün baş tutmamasından təəssüfləndiyini qeyd edən Ş.Abe əlavə edib ki, D.Trampın bu barədə qərarına hörmətlə yanaşır.

Baş nazir əlavə edib ki, əsas məsələ ABŞ-Şimali Koreya sammitinin Pxenyanın nüvə-raket proqramlarının ləğvinə, eyni zamanda, oğurlanmış yapon vətəndaşları probleminin həllinə yol açmasıdır.

Ş.Abe vəd edib ki, o, müxtəlif problemlərin həlli üçün ABŞ, Cənubi Koreya, Rusiya, Çin və digər ölkələrin əməkdaşlığına nail olmaq məqsədilə var gücünü sərf edəcək.

Baş nazir bəyan edib ki, Yaponiyaya qayıdan kimi maksimum qısa müddətdə o, D.Tramp ilə telefon danışığına çalışacaq. Ş.Abe qeyd edib ki, sammitin ləğvi məsələsini Prezident Vladimir Putinlə də müzakirə edəcək.

Qeyd edək ki, Tramp ötən gün sammitdən imtina etdiyini desə də, bugünkü açıqlamasında görüşün baş tutmasının mümkünlüyünü dilə gətirib.

Tarix
2018.05.25 / 21:43
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır

Prezident Zuhair Əlhartini qəbul etdi

İlham Əliyev müftiləri qəbul etdi

Paşinyan erməniləri “verməməkdə” ittiham etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Ermənistan qoşunları Göyçə gölü ətrafından çıxarılır

Prezident Berl Lazarı qəbul etdi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla