Yuxarı

Rus əsgərlər buna görə öldü - Putinə xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya çətin vəziyyətdədir. İsrail və ABŞ Moskvaya İranı Suriyadan çıxarmaqla bağlı təzyiq edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Suriya bazasına hücum və 4 rus hərbçisinin öldürülməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu hadisədən 5 gün əvvəl Əsəd Rusiyada idi:

"Putinlə söhbətdə belə qərara gəldilər ki, artıq Suriyada bərpa işlərinə başlamaq olar, çünki terrorçular məğlub edilib. Hər dəfə bu cür optimist bəyanatlardan sonra nəsə baş verir. Putin Əsədlə görüşdən sonra ilk dəfə olaraq bəyan etdi ki, bütün xarici qüvvələr Suriyanı tərk etməlidir. Putinin Suriya üzrə nümayəndəsi Lavrentyev dəqiqləşdirdi ki, prezident həm də iranlıları və türkləri nəzərdə tutur. İranın Suriyadakı hərbi mövcudiyyəti artıq Rusiyanın planlarına zərər verməyə başlayıb".

Politoloq vurğulayıb ki, əvvəla, nə qədər ki, iranlılar ordadır, İsrail Suriyanı vurmağa davam edəcək:

"Rus silahının hörmətinin artdığı bir məqamda İsrail Suriyanın əlindəki Rusiya istehsalı olan hava-raket hücumundan müdafiə vasitələrindən uğurla yayınaraq əməliyyatlar keçirir. Hətta bu yaxınlarda İsrail təyyarələri Suriyanın S-200, "Buk" və "Pantsir" sistemlərini sıradan çıxarıb. "Pantsir"in vurulduğu anın videosu da yayıldı. Bu, rus silahının nüfuzuna zərbədir. Ona görə də, Rusiya İrana qıcıq olmağa başlayıb".

Politoloq qeyd edib ki, digər tərəfdən iranlıların orada olması amerikalıların da Suriyada qalmasını və zaman-zaman hərbi əməliyyatlar keçirməsini müəyyən qədər legitimləşdirən haldır:

"Eyni zamanda Suriyanın bərpasına ayrılacaq vəsaitdən və həyata keçiriləcək enerji layihələrindən pay almaq uğrunda gizli rəqabət də var. İran isə öz növbəsində, Rusiyanın İsraillə separat razılaşmalarından və ABŞ-la anlaşmağa həddən artıq həvəsli olmasından narahatdır. İki ölkə arasında etimad yoxdur, ona görə hərə öz oyununu oynayır".

Qeyd edək ki, bu gün Suriyanın Deyr əz-Zor bölgəsində gecə vaxtı terrorçuların bir neçə mobil dəstəsi Suriya ordusunun artilleriya batareyasına hücum edib. Hücum nəticəsində Rusiyanın 4 hərbçisi həlak olub, daha 3 nəfər isə yaralanıb.

Tarix
2018.05.27 / 17:39
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla