Yuxarı

Qəbələdə ağır qəza: ölən və yaralılar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə ağır qəza: ölən və yaralılar var

Qəbələ rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Vəndam qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Mersedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Qəbələ şəhər sakini, 1956-cı il təvəllüdlü Əhmədov Şakir Şaban oğlu, eləcə də Qəbələdəki “Shenot Palace Health Wellnes Hotel” Sanatoraiya Kompleksində tibb işçisi kimi çalışan Monteneqro vətəndaşı, 1990-cı il təvəllüdlü Amanda Besiloviç, Yunanıstan vətəndaşı, 1967-ci il təvəllüdlü Venizelos Dimitrios və adları hələlik məlum olmayan daha iki xarici ölkə vətəndaşı ağır bədən xəsarətləri alıb. Yaralılar təcili yardım stansiyasının avtomobili ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, sürücü Şakir Əhmədov xəstəxanada dünyasını dəyişib, əcnəbi yaralılar isə müalicə üçün Bakıdakı Mərkəzi Gömrük Hospitalına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2018.06.01 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla