Yuxarı

“Nyu York Tayms” Putinin yeni planından yazdı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nyu York Tayms” Putinin yeni planından yazdı – Video

"RF prezidenti Vladimir Putinin Ukraynanın cənub-şərqindəki vəziyyətin nizamlanmasına dair planı Qərbin Moskva əleyhinə yönəlmiş sanksiyalar axınının qaşısını ala bilər".

Axar.az xəbər verir ki, bu haqda "Nyu York Tayms" qəzeti yazıb. Xəbərdə bildirilir ki, Putinin təyyarədə uçuş zamanı qısa şəkildə izhar etdiyi sülh planı diplomatik dairələrdə qarışıqlıq yaradıb və Qərbin əlinə Avropa dövlətlərinin iqtisadiyyatına zərər vuracaq cəza sanksiyalarını dayandırmaq üçün bəhanə verib.

Bundan başqa, məqalə müəllifinin fikrincə, Rusiya liderinin Ukraynadakı vəziyyətin stabilləşməsinə dair planı "müharubədən usanmış yerli əhalinin də dəstəyini qazana bilər".

Xatırladaq ki, dünən Putin Ukrayna böhranın nizamlanmasına dair yeddi bənddən ibarət planını açıqlayıb. Prezident hər iki tərəfi Donetsk və Luqanskda hərbi əməliyyatları dayandırmağa, əsirləri "hamını hamı ilə" prinsipinə uyğun dəyişdirməyə, yaşayış məskənlərinin atəşə tutlmasının qarşşısını almağa, Donbasda humanitar dəhliz açmağa və orada infrastrukturu bərpa etmək üçün təmir briqadaları göndərməyə, eləcə də atəşkəs rejiminə nəzarət etmək üçün beynəlxalq monitorinq təşkil etməyə çağırıb.

Tarix
2014.09.04 / 12:19
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla