Yuxarı

Paşinyan repressiyaya başladı: növbədə kimlərdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvel Qriqoryanın həbsindən sonra fəaliyyətini daha da aktivləşdirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb. Qəzet bu dəfə Paşinyan hökumətinin hədəfində Respublika Partiyasının üzvləri Qagik Xaçaturyan və Taron Markaryanın olduğunu bildirib:

“Lakin hökumət hələlik Markaryanla bağlı addım atmaq fikrində deyil. Belə ki, daxili sorğu keçirən hökumət Markaryanın hələ də ölkədə böyük nüfuzunun olduğunu müşahidə edib. Buna görə də Paşinyan növbədənkənar seçkiyə qədər Respublika Partiyasının son ümidi olan Markaryandan canını qurtarmaq istəyir.

Lakin Paşinyan bununla da kifayətlənmir. O, Qagik Çarukyanı da növbəti seçkidə öz ambisiyalardan əl çəkməyə razı salmağa çalışır. Hökumət əks təqdirdə Çarukyanın da iqamətgahına Milli Təhlükəsizlik Xidmətinin gələcəyini deyir”.

Qeyd edək ki, bundan öncə erməni deputat və general Manvel Qriqoryan həbs edilib. O, qanunsuz silah dövriyyəsində ittiham olunub. Manvel Qriqoryanın oğlu Karen Qriqoryan isə Eçmiədzin meri vəzifəsindən istefaya məcbur edilib.

Paşinyan xüsusilə Taron Markaryan istiqamətində fəaliyyətini aktivləşdirib. İrəvan meri Markaryan hökumətin bütün təzyiqlərinə rəğmən hələ də vəzifəsindən istefaya getməyib. Paşinyan hökuməti son olaraq Markaryanı istefaya məcbur etmək üçün onun rəhbəri olduğu İrəvan Fonduna qarşı cinayət işi qaldırıb və burada yoxlamalara başlayıb.

Ermənistan mətbuatının iddiasına görə, Paşinyan sentyabra qədər ölkədə növbədənkənar parlament seçkisi keçirməyə çalışır.

Tarix
2018.06.20 / 13:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla