Yuxarı

AB İrəvana "qaçqınlar üçün" pul ayırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Suriya qaçqınlarının Ermənistana inteqrasiyasına kömək üçün İrəvana 3 milyon avro yardım ayırıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayana qədər bu ölkədə 110 min erməni yaşayıb. Müharibənin başlanmasından sonra ölkəni 90 min erməni tərk edib. Onların böyük qismi Livan, İordaniya, Türkiyə və Ermənistanda yerləşib. Rəsmi İrəvanın açıqlamasına əsasən, Ermənistanda məskunlaşan ermənilərin sayı 22 min nəfər təşkil edib.

İrəvan dəfələrlə ölkəyə əlavə valyuta ehtiyatlarının cəlbi üçün Suriya erməniləri adından istifadə edib. Ermənistan hökuməti bu erməniləri Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərində yerləşdirməyə çalışıb. Hətta İrəvan erməni diasporunun maliyyə imkanlarından yararlanaraq, Zəngilan və Qubadlı rayonlarının ərazilərində Suriya erməniləri üçün şəhərciklər salmağa cəhd də göstərib.

Maraqlı məqam isə Suriya ermənilərinin Ermənistanda yaşamaq istəklərinin olmamasıyla bağlıdır. Belə ki, Ermənistana gələn bu ermənilər ölkədəki işsizlik və ağır iqtisadi vəziyyət ucbatından daha yüksək rifah şəraitinin olduğu Avropaya müxtəlif vasitələrlə çıxış yolu əldə etməyə çalışırlar.

Tarix
2018.06.21 / 17:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla