Yuxarı

Ərdoğan yeni nazirlərin adını açıqladı: Sürpriz isimlər - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.07.09. 17:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içmək üçün Türkiyə Böyük Millət Məclisinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Ərdoğanın andiçmədən sonra saat 22:30-da yeni hökumətin tərkibini açıqlayacağı və yeni hökumətin sabah and içərək vəzifəsinin icrasına başlayacağı qeyd olunur.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli vaxtla 17:43-də and içib. Bununla da Türkiyə tarixində yeni dövr – prezident idarə üsulu rəsmən başlayıb.

***

Andiçmə mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.

***

İyulun 9-da Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətinin yeni dönəminin başlaması münasibətilə Türkiyənin paytaxtı Ankarada rəsmi ziyafət keçirilib.

Axar.az xəbər verir ki, ziyafətdə Azərbaycanı Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rəsmi ziyafətin keçirildiyi Beştəpədəki Prezident Administrasiyasının qarşısında fəxri qarovul dəstəsi düzülüb.

Toplardan yaylım atəşi açılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi ziyafətdə çıxış edib.

Ziyafətdə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilatın rəhbərləri də daxil olmaqla 6 min nəfər dəvətli şəxs iştirak edib.

***

R.T. Ərdoğan hökumət kabinetində yer alan yeni nazirlərin adını ictimaiyyətə açıqlayıb:

Prezident köməkçisi - Fuad Oktay

Ədliyyə naziri – Əbdülhəmid Gül

Məşğulluq, Sosial Xidmətlər və Ailə naziri – Zəhra Zümrüd Səlcuq

Ətraf Mühit və Şəhərsalma naziri – Murad Kurum

Xarici İşlər naziri – Mövlud Çavuşoğlu

Enerji və Təbii Sərvətlər naziri – Fateh Dönməz

Xəzinə və Maliyyə nazir – Barat Albayraq

Daxili İşlər naziri – Süleyman Soylu

Milli Təhsil naziri – Ziya Səlcuq

Milli Müdafiə naziri – Hulusi Akar

Səhiyyə naziri – Dr. Fəxrəddin Qoca

Sənaye və İnkişaf naziri – Mustafa Varank

Kənd Təsərrüfatı və Meşə naziri - Bəkir Pakdəmirli

İqtisadiyyat naziri – Ruhsar Pekcan

Nəqliyyat və İnfrasturktur naziri – Məhməd Cahid Turan

Mədəniyyət və Turizm naziri - Məhməd Ərsoy

Gənclər və İdman naziri - Məhməd Kasapoğlu

Tarix
2018.07.10 / 00:12
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla