Yuxarı

Dünyanın ən innovativ ölkəsi bəlli oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə növbəti dəfə dünyanın ən innovativ ölkəsi adına layiq görülüb.

Axar.az xəbər verir ki, Dünya Əqli Mülkiyyət Təşkilatının açıqladığı beynəlxalq innovasiya indeksində İsveçrə 8-ci dəfə ilk yerdə qərarlaşıb. Ən innovativ ölkələr siyahısında sonrakı yerlərdə Niderland, İsveç, Böyük Britaniya və Sinqapur dayanır.

Ümumilikdə 80 indikator əsasında tərtib edilən indeksdə İsveçrə əsasən qeydiyyata alınan patentlər, əqli mülkiyyət, elmi tədqiqatlar və innovativ layihələrə yatırılan investisiyaların həcminə görə digər ölkələri qabaqlayıb. Yüksək və orta innovativ texnologiyalar əsasında istehsal üzrə İsveçrə ikinci yerdə qərarlaşıb.

Müasir texnologiyalardan ən geniş istifadə edən iki ölkə - ABŞ və Çin fərqli inkişafla diqqəti çəkib. ABŞ 4-cü yerdən 6-cı yerə düşdüyü halda, Çin mövqeyində 5 pillə irəliləyərək, 17-ci yerdə qərarlaşıb və ən innovativ 20 ölkələr sırasına daxil olub.

Dünyanın 126 ölkəsi üzrə tərtib olunan indeksdə innovativ yeniliklər ilə yanaşı, siyasət, təhsil, infrastruktur və biznes mühitində inkişaf da əsas faktorlar arasındadır. Eyni zamanda, yaşıl enerji və bu sahədə müasir enerji texnologiyalarının tətbiqi da siyahının tərtibatında xüsusi şəkildə nəzərə alınır.

Tarix
2018.07.11 / 01:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla