"Rusiya NATO ilə yarışa girsə, bu ölkəni SSRİ-nin
aqibəti gözləyəcək".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu
Rusiyanın son zamanlarda hərbi təlimlərini gücləndirməsini şərh
edərkən deyib. Onun sözlərinə görə, vaxtilə SSRİ də Qərblə silah
yarışına girmişdi. Amma nəticəsi faciəvi oldu:
"Problem ondadır ki, NATO-nun bu işdə təcrübəsi və maliyyə
ehtiyatı var. Hazırda Rusiyanın da maliyyə kapitalı var. Amma NATO
ilə yarışacaq səviyyədə deyil. Əgər Putin iqtisadiyyatın böyük bir
hissəsini hərbi sahəyə yönəldərsə, digər sahələrdə problemlər
yaşanacaq. İndi neft-qaz satışı hesabına müəyyən qədər maliyyə
kapitalı toplaya bilib. Amma bu o demək deyil ki, Rusiya həmişə
belə olacaq. Vaxtilə SSRİ-nin də bu qədər maliyyəsi var idi və
hərbi sənayeyə xüsusi önəm verilirdi. Buna görə də SSRİ çökdü. İndi
Rusiya da NATO ilə yarışa girsə, Rusiyanı SSRİ-nin aqibəti
gözləyəcək".
Putin Ukrayna siyasətinin girovuna çevrilib
Politoloqun sözlərinə görə, Rusiya öz əli ilə özünü iqtisadi
blokadaya salmaqla məhvə məhkum edib:
"Əslində, Putin Ukrayna siyasətinin girovuna çevrilib. Krımı
işğal etdi və indi də Ukraynanın şərqində ikinci Dağlıq Qarabağ
yaratmaq istəyir. Qərb də bunu Rusiyaya bağışlamır. Bağışlamayacaq
da. Bu baxımdan əlbəttə ki, qərbin sanksiyaları Rusiyaya qarşı
davam edəcək.
İnanmıram ki, Rusyanın Qərblə yarışmağa gücü çatsın. Rusiya
təkdir, NATO ölkələri isə çoxdur. Rusiya bunların hər biri ilə
yarışacaq gücdə deyil. Rusiya nəinki ABŞ, hətta keçmiş və strateji
tərəfdaşı Fransa, Almaniya və digər Avropa ölkələri ilə də
münasibətləri gərginləşdirib. Bu gün NATO Baltikyanı ölkələrdə və
Şərqi Avropada yeni bazalarını yerləşdirməkdədir. Putin hər zaman
NATO-nun şərqə doğru genişlənməsinin əleyhinə olub. Amma özü
Ukraynada vəziyyəti gərginləşdirməklə özünə problem yaratdı.
Bununla da NATO daha sürətli genişlənmə yolunu seçdi. Putin də buna
qarşı heç bir addım ata bilmədi. Yeganə çarənin özünün hərbi sənaye
kompleksinin