Yuxarı

Obama Avropanın sanksiyalarına qoşuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obama Avropanın sanksiyalarına qoşuldu

Avropa Birliyinin ardınca ABŞ da Rusiya əleyhinə əlavə sanksiyalar tətbiq edəcək, ancaq məsələnin detalları hələ bu gün bəlli olacaq.

Axar.az xəbər verir ki, "Svoboda" radiosu ABŞ prezidentinin bu barədəki məlumatını yayımlayıb. Obama deyib ki, bu, Rusiyanın Ukraynadakı qanunsuzluğu davam etdirməsinə görədir:

"Biz Rusiyanın Ukraynadakı qanunsuz fəaliyyətinə cavab olaraq ona qarşı yönəlmiş sanksiyalarımızı intensivləşdirəcəyimizi bəyan edərək Avropa Birliyinə qoşuluruq. Rusiyanın maliyyə, enerji və müdafiə sektorlarına qarşı sanksiyalarımızı dərinləşdirəcək və gücləndirəcəyik. Bu tədbirlər Rusiyanın siyasi izolyasını genişləndirəcək və Rusiya üçün iqtisadi qiymətləri artıracaq. Mənim administrasiyam bu yeni sanksiyaların təfərrüatını bu gün yayımlayacaq".

ABŞ prezidenti qeyd edib ki, sanksiyaların genişləndirilməsi Rusiya qoşunları və ağır silahlarının Ukraynaya yerləşdirilməsinə cavabdır:

"Əgər Rusiya üzərinə düşən vəzifələri bütövlüklə yerinə yetirsə, sanksiyalar dayandırılacaq, - deyə Obama bildirib. - Biz atəşkəs elan olunduğu andan etibarən hadisələrin gedişini dəqiqliklə izləyirik, ancaq hələ ki Rusiyanın vəziyyəti stabilləşdirmək səylərini görmürük".

Tarix
2014.09.12 / 01:21
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla