Yuxarı

İsrail yalnız yəhudilərin evinə çevrildi – Qalmaqallı qanun

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamenti İsrail dövlətinin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib.

Axar.az xəbər verir ki, parlamentdə qəbul edilən qanuna əsasən, İsrail bundan sonra yəhudi xalqının evi sayılır və yalnız yəhudilər dövlətin hüdudlarında öz milli müqəddəratını həll etmək haqqına sahib olurlar.

Qanunda həmçinin yalnız ivrit dilinin dövlət dili hesab edildiyi və ərəb dilinə isə xüsusi status verildiyi bildirilib.

İsrail Baş naziri Benyamin Netanyahu da qanunla bağlı çıxış edib:

“Bu, sionizm və İsrail dövlətinin tarixində həlledici andır. Biz qanunla öz mövcudluğumuzun baza prinsiplərini gücləndiririk. İsrail yəhudi xalqının milli dövlətidir və o öz vətəndaşlarının fərdi haqlarına hörmətlə yanaşır. Yaxın Şərqdə yeganə olaraq bu haqqa hörmətlə yanaşan bizik”.

Yeni qanun ərəblər arasında kəskin narazılığa səbəb olub. Qanunun parlamentdə qəbulu zamanı ərəb deputatlar nümayişkaranə şəkildə bunun diskriminasiyaya səbəb olacağını bildiriblər. Onlar həmçinin Netanyahuya qarşı “aparteid” şüarları səsləndiriblər.

Qanun layihəsinin əleyhinə ərəblərlə bərabər sol və mərkəzçi partiyalar da qarşı çıxıb.

Tarix
2018.07.19 / 10:59
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

Qarabağ atları Britaniyada kral atçılıq şousunda - Foto

Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla