Yuxarı

Qazaxıstan Putinin işğal planına daxildir – Fakt

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan Putinin işğal planına daxildir – Fakt

Rusiya Prezidenti Vladimir Putin Krımı, Qazaxıstanın şimal bölgələrini və Kalininqradı hələ 1994-cü ildən - Sankt Peterburq meri Anatoli Sobçakın müavini işlədiyi dövrlərdən anneksiya etməyi arzulayırmış.

Axar.az xəbər verir ki, bu barədə Center.asia portalında müxtəlif mənbələrə istinadla xüsusi məqalə dərc edilib. Qeyd edilib ki, Sankt-Peterburq şəhərində 1994-cü ildə Şərqlə Qərbin Rusiyaya münasibəti barədə geniş konfrans keçirilib. Tarixçi, jurnalist və digər elm sahələrinin nümayəndələrinin yer aldığı siyahıda Putinin adı və doğum tarixi konfedensial saxlanılıb. Həmin tədbir protokolunda göstərilib ki, kəşfiyyatçı kimi Putin bir müddət susmağa üstünlük versə də, sonra söz alıb və aşağıdakı fikirləri deyib:

"Keçmiş Sovetlər Birliyi ərazisində yaşayan rusdilli əhalinin taleyinə toxunaraq demək istəyirəm ki, onlar SSRİ rəhbərliyinin qurbanı olublar. Unutmayın ki, Avropa və dünyada sabitliyin bərqərar olması üçün Rusiya könüllü şəkildə SSRİ respublikalarının xeyrinə böyük ərazilərdən vaz keçməli oldu. Təbii ki, bura Rusiyanın tarixi torpaqları da daxildir. Söhbət Krım, Kalininqrad və Qazaxıstanın şimal bölgələrindən gedir. SSRİ-nin dağılması nəticəsində 25 milyon rus Rusiyanın hazırkı sərhədlərindən kənarda qalmalı oldu. Biz heç vaxt onların taleyinə biganə qala bilmərik. Bu, həm də Avropanın təhlükəsizliyinə xidmət edərdi".

Beləliklə, Putin Krımla bağlı fikirlərini 2014-cü ilin fevralı 28-də reallaşdıra bildi. Onun növbəti addımları maraq doğurmaya bilməz.

Tarix
2014.09.14 / 22:20
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla