Yuxarı

Yaponiya Rusiyaya sanksiyaları təxirə saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiya Rusiyaya sanksiyaları təxirə saldı

Yaponiya hökuməti Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı bu gün, sentyabrın 19-da elan edəcəyi yeni sanksiyalara dair niyyətinə düzəlişlər edib.

Axar.az Lenta.ru-ya istinadla bildirir ki, möhlətin səbəbi Moskvanın reaksiyasını daha yaxşı izləyə bilməkdir. Məlumata görə, sanksiyalar tamamilə ləğv edilmir, onların məzmunu bir qədər sonra açıqlanacaq.

Yaponiyanın "İomiuri" qəzetinin verdiyi informasiyaya görə, yeni sanksiyalar 19 bənddən ibarət olacaq. Xüsusilə Yaponiyaya girişi qadağan edilən və hesabları dondurulan adlardan ibarət qara siyahı genişləndiriləcək. Məhdudlaşdırma enerji və maliyyə sektoruna da toxuna bilər. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya 2014-cü ilin payızına planlaşdırılmış səfərinin başqa vaxta keçirilməsi məsələlərinə də baxılır.

Xatırladaq ki, Yaponiya avqustun əvvəlində Rusiyaya qarşı sanksiyalar rejimini genişləndirib. Cavabında Moskva da bəzi yapon vətəndşlarına viza sanksiyası qoyub.

Tarix
2014.09.19 / 19:25
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla