Yuxarı

"İrana qarşı yeni sanksiyalar böyük riskdir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana qarşı yeni sanksiyalar qlobal neft təchizatı üçün böyük riskdir.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, ABŞ və Çin arasındakı artan ticari gərginlik bu il və gələn il qlobal neft tələbatına öz təsirini göstərəcək. ABŞ-ın İrana qarşı tətbiq edilən sanksiyaları qlobal neft tədarükünün qorunmasında çətinliklər yaradır:

“Yeni sanksiyalar noyabrdan etibarən İrandan gələn neft təchizatının kəsilməsinə səbəb olacaq və “qara qızıl”ın qiymətinə təsiri artıracaq. İrana qarşı yeni sanksiyalar qlobal neft təchizatı üçün böyük bir riskdir. Səudiyyə Ərəbistanı və Rusiya noyabrdan əvvəl neft istehsalını artırır. Lakin qlobal neft tədarükünü eyni səviyyədə saxlamaq çox çətin ola bilər”.

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Tarix
2018.08.10 / 21:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla