Yuxarı

Bu Avropa ölkəsinin yeni baş naziri bəlli oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniya parlamenti regional siyasətçi Maryan Şaretsi ölkənin Baş naziri vəzifəsinə seçib.

Axar.az xəbər verir ki, beş partiyadan ibarət koalisiyaya rəhbərlik edən və əlavə olaraq solçuların dəstəyini qazanan siyasətçiyə parlamentin 55 üzvü səs verib. Gizli səsvermədə parlamentin bütün üzvləri - 90 parlamentari iştirak edib. Bununla da 40 yaşlı M.Şarets ən gənc Baş nazir kimi Sloveniya tarixinə düşüb.

M.Şarets hökumət rəhbərliyinə seçilsə də, koalisiyaya daxil olan parlamentlər nazirliklər üzrə bölgü və nazir postlarına namizədlər barədə hələlik qərar verməyiblər. Sentyabrın 3-dək M.Şarets parlamentə nazir vəzifəsinə namizədlərin siyahısını təqdim etməli, sentyabrın 5-7-də isə parlamentdə həmin namizədlərin dinlənilməsi keçirilməlidir. Hökumətin tərkibi isə sentyabrın 11-14-də təsdiqlənməlidir.

Qeyd edək ki, iyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərində keçmiş baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyası (SDS) qələbə qazansa da, koalisiya danışıqlarında özünə tərəfdaş tapa bilməyib. Beş partiyadan ibarət koalisiya yaradan M.Şarets isə bu vəzifənin öhdəsindən gələrək, parlamentdən yeni hökuməti təşkil etmək səlahiyyətini əldə edib.

Tarix
2018.08.17 / 23:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla