Yuxarı

Avrointeqrasiya tərəfdarları yenidən Maydanda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" "Lenta.ru"nun hadisə yerində olan müxbirinin verdiyi məlumata istinadən bildirir ki, Ukraynanın Avrointeqrasiya tərəfdarları yenidən Maydana qayıdıblar.

Adamlar milis barrikadalarını aşaraq yavaş-yavaş meydana dolmağa başlayıb. Toplaşanlar "İnqilab" deyə qışqırırlar. Kreşşatik tərəfdən Maydana axışan kütlənin on minlərlə olduğu bildirilir. Müxalifət liderlərindən olan Arseni Yatsenok öz Feysbuk hesabında Maydanda artıq yarım milyon etirazçının toplaşdığını yazıb.

***

Milisin hələ ki, nümayişçilərin fəaliyyətinə mane olmadığı bildirilir.


Ukrayna DİN mətbuat xidmətinin rəisi Sergey Burlakov "Qromadske TV"nin canlı efirində deyib ki, öz tələblərini dinc şəkildə ifadə edəcəkləri halda milis avrointeqrasiya tərəfdarlarının qarşısını kəsməyəcək.

Bununla yanaşı, DİN nümayəndələri dəfələrlə təkrar ediblər ki, kütləvi aksiya iştirakçıları tərəfindən törədilən hər hansı qanunsuz hərəkət və provokasiyanın qarşısı alınacaq.

***

Xatırladaq ki, Ukraynanın prezidenti Viktor Yanukoviç və baş nazir Nikolay Azarov Maydanda milisin hərəkətini sərt tənqid etmişdi. Kiyev Milisinin rəisi Valeri Koryak noyabrın 30-da axşam, "Avromaydan" əməliyyatları ilə bağlı yaranmış narazılıqlardan sonra istefası ilə bağlı ərizəsini rəhbərliyə təqdim etmişdi. Daxili İşlər naziri isə xidməti araşdırma başa çatana qədər onu tutduğu vəzifədən kənarlaşdırmışdı.

Tarix
2013.12.01 / 15:33
Müəllif
Alpər Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla