Yuxarı

Lavrov: “ABŞ bizə qulaq asmadı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov: “ABŞ bizə qulaq asmadı”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-dan terrorla mübarizədə ikili standartlardan imtina etməsini və terrorçuları "yaxşı" və "pis" olaraq təsnif etməməsini tələb edib.

Axar.az xəbər verir ki, Lavrov təkcə amerikalıları öldürənlərin yox, əsl terrorçuların məhv edilməsinin lazım olduğunu deyib:

"Əgər biz terrorla mübarizə aparırıqsa, bunu hər zaman və hər yerdə etməliyik. Əgər sizin istəmədiyiniz liderlərə qarşı döyüşən terrorçuları "yaxşı" görürsünüzsə, deməli, gözünüz terrorla bağlanıb. Sizin məntiqə görə, yalnız amerikalıları öldürənlər "terrorçu" olur".

ABŞ Prezidenti Barak Obamanın BMT-dəki çıxışını tənqid edən Lavrov ABŞ-ın öz niyyətinə uyğun dünya yaratmaq istədiyini bildirib: "BMT Təhlükəsizlik Şurasının qərarı olmadan və ya beynəlxalq hüquqa söykənmədən güc işlətməyi ehtiva edən hər hansı bir təhlükəsizlik doktrinası qəbul edilməyəcək".

Rusiyanı dünyanın qlobal problemlərindən biri kimi görən Obamanın əsl məqsədinin sülh olmadığını iddia edən nazir Obamanı ingilis yazıçısı Corc Oruell ilə müqayisə edib: "Obamanın dünyanın daha azad və təhlükəsiz olması barədə etdiyi çıxışlar çox qəribədir. Bu çıxışların ciddiliyinə şübhə edirəm. Bir zamanlar Corc Oruell də "Həqiqətlər Nazirliyi" deyə bir nazirlik düşünmüşdü. Bu düşüncə sən demə, keçmişdə qalmayıb, indi də Amerika dünyagörüşü olaraq davam etdirilirmiş".

Tarix
2014.09.25 / 21:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla