Yuxarı

Xaçaturova görə bizdən onlar xahiş etdi - Paşinyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, KTMT-nın baş katib Yuri Xaçaturov barəsində qətimkan tədbirini təşkilata üzv dövlətlərin başçılarının xahişi ilə dəyişdiriblər.

Virtualaz.org bildirir ki, bu barədə o, çərşənbə günü “Hökumət saatı”nın gedişatında danışıb.

Paşinyanın sözlərinə görə, KTMT ölkələrinin liderləri ondan, qurumun baş katibinin yazılı öhdəlik altında həbsdən azad edilməsi üçün lazımi tədbirlər görməsini rəsmən xahiş ediblər.

"Nəzərə alaraq ki, mənə diplomatik kanallarla müraciət etdilər, mən Xüsusi İstintaq Xidmətinin rəhbərinə, əgər hüquqi baxımdan belə imkan varsa, bu xahişi yerinə yetirməyi tapşırdım", - Paşinyan deyib.

O bildirib ki, Xaçaturovun girov müqabilində azad olunmasından sonra çoxları ona qarşı öz ifadələrindən, ayrı-ayrı insanlar isə ümumiyyətlə ifadə verməkdən imtina etdilər. Baş nazir qeyd edib ki, beləliklə, Xaçaturovun azad olunması işin hərtərəfli araşdırılmasına mane oldu.

Xatırladaq ki, iyulun sonunda Yuri Xaçaturov İrəvana dindirməyə çağırılmışdı. Ermənistanın Xüsusi İstintaq Xidmətinin Xaçaturova qarşı irəli sürdüyü ittihamda deyilirdi ki, o, 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nın baş katibi onda həbs edildi, amma sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxıldı.

Tarix
2018.09.13 / 00:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla