Yuxarı

Xamenei: Teraktı bu ölkələr törədib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhvazda keçirilən hərbi paradda törədilən terror aktının arxasında ABŞ-ın rəhbərlik etdiyi dövlətlər dayanır.

Axar.az xəbər verir ki, bu barədə İranın Ali dini lideri Əli Xamenei bildirib. O, həlak olanların ailələrinə başsağlığı verərək deyib ki, kəşfiyyat xidmətlərinə cinayətkarları taparaq məhkəməyə təhvil vermələri barədə tapşırıq verib.

“Əhvazda əziz vətəndaşlarımızın ölümü ilə nəticələnən acınacaqlı faciə bir daha İran xalqının düşmənlərinin mənfur niyyətlərini nümayiş etdirdi. Bu cinayətlər ABŞ-ın regiondakı marionet dövlətlərinin sui-qəsdidir. Məqsədləri isə ölkəmizdə vəziyyəti gərginləşdirməkdir”, - Xamenei bildirib.

Qeyd edək ki, bu gün İranın cənubunda keçirilən hərbi paradda terakt baş verib. Hadisə nəticəsində 24 nəfər həlak olub, 53-ü yaralanıb.

Tarix
2018.09.22 / 21:57
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla