Yuxarı

Ukraynanın qərb şəhərlərində müddətsiz aksiya başlayıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın qərb şəhərlərində müddətsiz aksiya başlayıb

Ukraynanın qərb hissəsində yerləşən şəhərlərdə avrointeqrasiya tərəfdarları müddətsiz kütləvi etiraz aksiyalarına başlayıblar.

Onlar bazar günü Batkivşina partiyasının lideri Arsen Yaçenyukun çağırışına cavab olaraq kütləvi aksiyalara başlayıblar.

Ternopol şəhər şurasının teatr meydanında keçirilən toplantısında da dinc aksiyalarla bağlı qərar qəbul edilib. Şəhər rəhbəri Sergey Nadal əhalini işə getməməyə və meydana toplaşmağa çağırıb.
Lvovda isə əhali Taras Şevçenkonun abidəsi önünə toplaşıb. Etiraz aksiyasına qoşulan şəxslər mitinqin təşkilat komitəsini yaradıblar. Daha əvvəl Lvov vilayətinin rəhbəri Pyotr Kolodi sakinləri ümummilli tətilə çağırmışdı. Onun sözlərinə görə, hər bir işçi özü niyə mitinqə getməsini anlamalı və qərar verməlidir.

İvan-Frankovski şəhər nümayəndəsi Viktor Anuşkeviçus və onun köməkçisi maaşları saxlanmamaq şərtilə məzuniyətə çıxıblar. Məlumata görə icraiyyə komitəsinin digər üzvləri də analoji addım atıblar. (ANS)

Tarix
2013.12.02 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla