Yuxarı

İvanişvili ermənipərəst namizədə pul ayırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidentliyinə müstəqil namizəd olan Salome Zurabişvili özünün seçkiqabağı təşviqat kampaniyası üçün 2,1 milyon lari (797 min dollar) toplaya bilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Dövlət Audit Xidməti yayıb. Zurabişvili əldə etdiyi pulların 1,1 milyonluq hissəsini ianələr hesabına əldə edib. Daha 1 milyonu isə o, milyarder Bidzina İvanişvilinin “Karta Bank”ından götürüb. Təşviqat kampaniyası zamanı Zurabişvili 1,9 milyon lari xərcləyib ki, bunun da 1,4 milyon larisi reklamlara ayrılıb.

Gürcüstanın “Birinci kanal”ına müsahibə verən Zurabişvili aldığı krediti özünün ödəmək fikri olmadığını bildirib:

“Mən faizləri ödəməyə hazırlaşmıram. Belə ki, seçkidə 10% yox, 70% səs toplayacağam. Mən müstəqiləm”.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, namizəd seçkidə 10%-dən çox səs toplayacağı halda dövlətdən öz xərclərinin kompensasiyası üçün 1 milyon lari tələb edə bilər.

Bundan öncə Zurabişvilini İvanişvilinin Gürcü Arzusu Partiyası dəstəklədiyini bildirmişdi.

Zurabişvili bir müddət əvvəl Samsxe Cavaxetiyada ermənilərə dəstək nümayiş etdirmişdi. O, çıxışı zamanı Saakaşvilini ittiham edərək, onun ermənilərin yerinə türklərə pasport payladığını bildirmişdi.

Gürcüstanda prezident seçkisi 28 oktyabrda keçiriləcək. Seçkidə əsas liderliyi Vahid Milli Hərəkat Partiyasının da dəstəklədiyi Qriqol Vaşadze edir. Ondan sonrakı yerləri Avropa Gürcüstanı Partiyasından olan David Bakradze ilə Salome Zurabişvili paylaşır.

Tarix
2018.10.12 / 13:58
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla