Yuxarı

Qaşıqçının son məqaləsi dərc edildi: “Ümid itib...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “Vaşinqton Post” qəzeti jurnalist Camal Qaşıqçının öldürülməsindən öncə yazdığı son məqaləni bu gün dərc edib.

Axar.az xəbər verir ki, son məqalədə jurnalist ərəb dünyasındakı kütləvi informasiya vasitələrinin azadlığının aşağı səviyyədə olmasına və dövlətin xəbər yayımına təsirini sərtləşdirməsinə diqqət yetirib.

“Ərəb ölkələrinin hökumətləri artan sürətlə KİV-dəki problemlərini susdurmağa çalışırlar. Jurnalistlər bir zamanlar inanırdılar ki, internet xəbərləri çap jurnalistikasında olan senzuradan və nəzarətdən azad edəcək. Bu hökumətlər - hansı ki, mövcudluqları informasiyaya nəzarətdən asılıdır - aqressiv şəkildə interneti bloklayırlar. Ərəb dünyası öz versiyası olan dəmir pərdə ilə toqquşur. Bu isə onlara xarici subyektlər yox, hakimiyyət uğrunda mübarizə aparan daxili qüvvələr tərəfindən sırınıb.

Ərəb jurnalistlərinin çoxu öz həmkarlarının çoxsaylı həbsləri qarşılığında susmağı seçirlər, beynəlxalq ictimaiyyət tərəfindən isə mətbuat azadlığının qınanılması ilə bağlı aşağı səviyyəli iradlardan başqa heç bir reaksiya yoxdur. Misir hakimiyyəti tərəfindən “Əl Məsri Əl Yaum” qəzetinin bütün tirajının ələ keçirilməsi nə etiraz, nə də reaksiya yaratdı.

2011-ci ilin baharında ərəb dünyasında tam ümid var idi, amma gözləntilər özünü doğrultmadı. Cəmiyyət ya əvvəlki status-kvoya geri dönüb, ya da əvvəlkindən daha sərt şəraitlə toqquşub”, – deyə o bildirib.

Qeyd edək ki, “Vaşinqton Post”un redaktoru Karen Attiya bu məqaləni Qaşıqçının tərcüməçisi və köməkçisindən onun itməsindən bir gün sonra aldığını bildirib.

Tarix
2018.10.18 / 12:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əsədov Ankarada mühüm iclasda: Protokol imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla