Yuxarı

Qaşıqçı əməliyyatının “beyni” də Səudiyyəyə qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Camal Qaşıqçının ölüm hadisəsini planlayan və əmrləri verən şəxsin İstanbuldakı Baş Konsulluğun attaşesi Əhməd Abdullah Almuzaini olduğu iddia edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, Almuzaini Qaşıqçı Baş Konsulluqdan görüş üçün vaxt istədikdən sonra Ər-Riyada gedib. Oktyabrın 1-də vəliəhd Məhəmməd bin Salmanın kəşfiyyat rəhbəri Əhməd Asiridən əmr və planları əldə edərək geri qayıdıb.

Attaşenin 15 nəfərlik sui-qəsd dəstəsindən asılı olmadan hərəkət etməsi, Ər-Riyada gedib-qayıtma qrafikinin sıxlığı Almuzaininin “Qaşıqçı əməliyyatının beyni” olduğu haqda iddia yaradıb. Qaşıqçının ölümündən sonra attaşe yenidən öz ölkəsinə qayıdıb. Onun da baş konsul kimi vəzifəsinin icrasına geri dönməyəcəyi qeyd olunur.

Tarix
2018.10.23 / 12:16
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla