Şimali Koreyanın 32 yaşlı lideri Kim Çonq Un artıq 38
gündür ki, yoxa çıxıb.
Axar.az xəbər verir ki, bədnam bir rejimin diktatoru olan bu
şəxsin yoxa çıxması dünya mediasında əsas müzakirə mövzusu olaraq
qalmaqdadır.
Koreya Əmək Partiyasının yaranmasının 10 oktyabr ildönümündə və
9 sentyabr - müstəqillik günü kimi iki əsas bayramda liderin gözə
dəyməməsi hakimiyyət daxilində ciddi problemlərin olduğunu
göstərir.
Rejimin xarici təhlilçiləri bu gənc liderin şəkərli diabetdən
əziyyət çəkdiyini və siqaret aludəçiliyini əsas gətirərək.
sağlamlığında ciddi problemlər olduğu iddiasını önə sürsə də, bu,
həqiqəti əks etdirmir.
Başqa bir versiyaya görə, son aylarda diktatorun tez-tez dünya
mediasında gündəmə gəlməsi onun daxili kəşfiyyat orqanları
tərəfindən gizlədilməsinə və ictimai çıxışlarının
məhdudlaşdırılmasına gətirib çıxarıb. Başqa sözlə desək, həyatı
üçün təhlükə yarandığına görə lider gizlədilir.
Son vaxtlarda yayılan məlumatlara görə isə Kim Çonq Un öz yaxın
ətrafı tərəfindən devrilib.
Bir müddət öncə İtaliyanın "La Repubblica" qəzetinin hərbi
çevriliş nəticəsində Kim Çonq Unun öldürüldüyü və hakimiyyəti
qorumaq üçün müvəqqəti olaraq 27 yaşlı bacısı Kim Con Unun vəzifə
başına keçdiyi iddiaları getdikcə öz təsdiqini tapmaqdadır.
Analitiklər bu hadisənin gizli saxlanılmasına səbəb kimi
devrilmiş diktatorun həqiqi varisinin olmamasını göstərirlər.
Bir müddət öncə Cənubi və Şimali Koreya hökumətləri arasında
yüksək səviyyədə danışıqların aparılması barədə razılığa gəlinməsi
və yoxa çıxmış liderin bir müddət öncə Cənubi Koreya ilə
münasibətlərin yaxşılaşdırılması üçün xalqa müraciət etməsi
düşünülmüş oyunun tərkib hissəsi ola bilər. Yəni liderin təcrübəsiz
olması və onu devirdikdən sonra yaranan vəziyyətə nəzarət etmək
üçün qiyamçıların kompromis variantları gözdən keçirməsi istisna
edilmir.
BMT-nin 69-cu sesiyasında çıxışı zamanı Şimali Koreyanın Xarici
İşlər naziri Li Su Yonun Cənubi Koreya ilə birləşməyin mümkünlüyünü
deməsi ölkədə xaosun qarşısının alınması üçün 2-ci variant olaraq
qiymətləndirilir.
Görünən odur ki, 38 gündür müəmmalı lider yoxa çıxıb və dəmir
pərdələrlə dünyadan təcrid olunan bu ölkədə nə baş verdiyini heç
kəs bilmir.