Yuxarı

Səddamın 33 il əvvəlki planı: Hansı Baş nazir qaçırılacaqdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səddamın 33 il əvvəlki planı: Hansı Baş nazir qaçırılacaqdı?

7 iyun 1981-ci il. İsrail döyüş təyyarələri o gün İraqa aid Osirak nüvə reaktorunu bombaladı.

Axar.az xəbər verir ki, sabiq İsrail Baş naziri Menakem Beqinin əmri ilə təyyarələr İraqdakı stansiyaya 10 ton bomba atdı və hücum nəticəsində təsis məhv edildi.

Səddam intiqam andı içmişdi

Səddam Hüseyn o hücumdan sonra intiqam andı içdi və bir plan hazırladı. Planı İsrail Baş nazirini qaçırmaq idi. Çünki İsrailin bombaladığı reaktorun heç bir hərbi əhəmiyyəti yox idi. İraq lideri İsrail Baş naziri Beqini qaçırmaq üçün hərəkətə keçdi. Plan hazırlandığı vaxt Qərb liderlərdən birinin araya girməsi ilə Səddam Hüseyn son anda bu addımdan imtina etdi.

33 il əvvəlki plan

Səddamın keçmiş hüquq məsləhətçisi olan Arif Bədi o dövr yaşananları "Əl-Qüds Al-Ərəbi" qəzetinə verdiyi reportajda açıqlayıb. Səddamın 33 il əvvəlki planı keçmiş hüquq məsləhətçisinin açıqlaması ilə üzə çıxmış olub.

Qərb liderləri bu fikirdən daşındırdılar

Bədi planı Səddamın kəşfiyyat danışıqlarından eşitdiyini, Menakem Beqini qaçırmaq üçün bəzi fələstinli qruplarla ünsiyyətə keçəndə söylədiyini bildirib. Plana görə fələstinlilər İsrail Baş nazirini qaçıracaq, sonra da Bağdada gətirəcəklərdi. Ancaq Səddamın keçmiş məsləhətçisi olan Bədi daha sonra qərbli bir liderin Səddam Hüseynlə əlaqə saxlayaraq onu bu fikrindən daşındırdığını vurğulayıb.

Tarix
2014.10.17 / 20:58
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla