Yuxarı

Türkiyədən İrana "Yeni Osmanlı" cavabı: "Heç kimdən icazə almarıq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-İran münasibətləri yenidən kəskinləşib.

Axar.az xəbər verir ki, iranlı səlahiyyətlilərin Türkiyənin Yeni Osmanlı planları qurduğu, hətta Kobaniyə yardım göndərilməsinə əngəl olduğu ilə bağlı ittihamları Ankara hökumətini ciddi tədbirlər görməyə vadar edib.

Rəsmi Ankara İran səfrini Xarici İşlər Nazirliyinə çağıraraq İran hökumət nümayəndələrinin açıqlamalarından dərin narahatlıq keçirdiklərini bildirib. Həmçinin İran səfiri Əli Rza Bikdəliyə Türkiyənin lazım olan addımları atarkən heç kimdən icazə almaq məcburiyyətində olmadığı fikri çatdırılıb.

Xarici İşlər Nazirliyi sözçüsü Tanju Bilgiç də İrandan verilən açıqlamaların əsassız olduğunu vurğulayıb.

Bölgədəki təhlükəsizliyin təmin edilməsi üçün Əsəd rejiminin getməsi lazım olduğunu qeyd edən Bilgiç Türkiyənin milli təhlükəsizliyinə təhdidlər yaranacağı halda, beynəlxalq hüquq əsasında lazımlı tədbirlərin görüləcəyini bildirib.

Xatırladaq ki, İran Xarici İşlər nazirinin müavini Əmir Abdullahyan və İran Baş Qərargah rəhbəri general Həsən Firuzabadi açıqlamalarında Türkiyənin Yeni Osmanlı qurulması istiqamətində planlar hazırladığını və Kobaniyə lazım olan humanitar yardımların göndərilməsində maneələr törədiliyini vurğulayıblar.

Tarix
2014.10.18 / 00:08
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla