Yuxarı

Gürcüstanda işsizliyin səviyyəsi artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda işsizliyin səviyyəsi artıb və cari ilin üçüncü rübündə 12,2 faiz təşkil edib.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin direktoru Qoqita Todradze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, işsizlik səviyyəsinin artması mövsümi amillərlə bağlıdır. Bu, həmçinin təhsil sektorunda çalışanların sayının azalması, bir sıra digər sektorlarda işlə təminatın aşağı olması ilə əlaqədardır.

Bildirilib ki, ölkədə işsizliyin səviyyəsi rüblük müqayisədə 0,1 faiz artıb. İşsizliyin səviyyəsi kişilər arasında 13 faiz, qadınlar arasında isə 11,3 faiz olub.

İqtisadçı ekspertlərin fikrincə, ölkədə işsizliyin artması davam edəcək. Bu, ölkədə milli valyutanın devalvasiyası, qiymətlərin artımı, bəzi zavod və fabriklərin, istehsal sahələrinin bağlanması ilə əlaqədardır. “Əgər iqtidar tezliklə yeni iş yerlərinin açılması, yeni sənaye müəssisələri yaradılması, aqrar sahədə çalışanlara subsidiyaların verilməsi ilə bağlı tədbirlər görməsə işsizliyin səviyyəsi daha da artacaq”, - deyə ekspertlər vurğulayıblar.

Tarix
2018.11.19 / 21:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla