Yuxarı

Paşinyana qarşı kimlər müxalifətə keçdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda növbədənkənar parlament seçkisi başa çatsa da, seçkinin yaratdığı böhranlı vəziyyət bitməyib.

Axar.az xəbər verir ki, artıq bir sıra partiyalar seçkidən sonra hakim Mənim Addımım Blokunu təbrik etsələr də, seçkinin qəbul etmədiyini deyən qüvvələr də ortaya çıxıb. Belə ki, seçkidən sonra hakim bloku ilk təbrik edənlər arasında ultrasağçı Sasna Çrer Partiyası da yer alıb. Partiya baş tutan seçkini tanıdığını, amma onun tam şəffaf olmadığını açıqlayıb. Partiya həmçinin hakim bloku Seçki Məcəlləsində təcili dəyişikliklər etməyə çağırıb. Ultrasağçılar məhz bunun tərəflər arasında qeyri-sağlam rəqabət yaratdığını və oliqarxların yenidən parlamentə daxil olduğunu bildirb.

Paşinyanın keçmiş müttəfiqi olan Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi də Paşinyanı qələbəsi münasibəti ilə təbrik edib. Partiya Mənim Addımım Bloku üçün hər şeyin təzə başladığını bildirib.

Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyası seçkinin nəticəsi açıqlandıqdan dərhal sonra Paşinyanı tənqid edib. Partiya seçkinin qorxu atmosferində keçirildiyini və partiyanın özünü parlamentdənkənar müxalifət elan etdiyini deyib.

Daşnaksütyun Partiyası da hökuməti seçkiyə görə tənqid edib. Daşnaklar bundan sonrakı prioritetlərinin xarici siyasi çağırışlara cavab və Qarabağ problemi olacağını bildirib.

Ən maraqlı çıxış isə parlamentə daxil olan İşıqlı Ermənistan Partiyasından gəlib. Paşinyanın Yelk Blokundakı keçmiş müttəfiqi Edmon Marukyan rəsmən özünü müxalifət elan edib. Marukyan dərhal parlamentə düşən digər partiya - Çiçəklənən Ermənistanı tənqid edib. O, Qagik Çarukyanı oliqarx adlandıraraq, ona deputat mandatının lazım olmadığını deyib.

Ermənistan mətbuatı artıq Marukyanın parlamentdə Mənim Addımım Blokuna yox, Çarukyana müxalifət olacağını iddia edib. Mətbuat həmçinin Çarukyanın çıxışı zamanı özünü tam müxalifət nümayəndəsi kimi aparmamasına diqqət yetirib. Onun son çıxışının nüfuzunun aşağı düşməsiylə nəticələnə biləcəyi vurğulanıb.

Ekspertlər isə parlamentə düşən partiyaların Mənim Addımım Bloku üçün sərfəli olduğunu bildiriblər. Belə ki, həddən artıq böyük sosial və siyasi kapitalı ətrafında toplayan blokla indiki halda bu partiyalardan heç birinin ciddi rəqabətə girməyəcəyi vurğulanıb. Xüsusilə bu partiyaların parlamentdə sadəcə görüntü yaratdığı və əksər məsələlərdə hakim blokla strateji əməkdaşlığa gedəcəyi bildirilib. Ekspertlər bunun hər kəsdən çox Paşinyana sərf etdiyini deyiblər.

Tarix
2018.12.11 / 13:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla