Yuxarı

Ukraynanın kosmik raketi ABŞ-da qəzaya uğradı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın kosmik raketi ABŞ-da qəzaya uğradı - Video

Ukrayna və ABŞ-ın birgə istehsalı olan "Antares" daşıyıcı-raketinin qəzaya uğrama səbəbi mühərrikdəki problemlə bağlı ola bilər.

Axar.az xəbər verir ki, bu barədə kosmos sahəsində siyasət üzrə mütəxəssis, Corc Vaşinqton adına Universitetin əməkdar professoru Con Loqsdon RİA Novosti-yə bildirib.

İki tondan artıq yükü Beynəlxalq kosmik stansiyaya çatdırmalı olan Cygnus kosmik yüklü "Antares" daşıyıcı-raketi ABŞ-ın Atlantik okeanı sahillərindəki Vallops kosmodromunda start anında partlayıb. Zərərçəkən olmayıb. NASA-da təsdiq ediblər ki, kosmik yük startdan altı saniyə sonra "itirilib".

Ekspert xatırladıb ki, bu, "Antares"in artıq dördüncü buraxılışıdır və əvvəlki üç buraxılış uğurlu olub. Professor belə hesab edir ki, qəza mühərriklə əlaqəli ola bilər. "Mühərriklər 40 il əvvəl Н-1 sovet daşıyıcı-raketləri üçün nəzərdə tutulmuş və yenilənmiş raket mühərrikləri idi", - deyə Loqsdon bildirib. НК-33 mühərriki Н-1 raketləri üçün hazırlanmışdı, 1970-ci illərin əvvəllərindən buraxılıb və ABŞ-da Beynəlxalq Kosmik Sansiyanın proqramı üzrə "Antares" daşıyıcı-raetləri üçün satılır.

Ekspert əlavə edib ki, qəzanın dəqiq səbəbləri bəlli olmadığından "Antares"in gələcəkdə də istifadə edilib-edilməyəcəyindən danışmaq hələ tezdir. Bundan əlavə, start meydançasının özünə də nə kimi ziyanın dəydiyi hələ aydınlaşdırılmayıb. Belə ki, professorun dediyi kimi, "Antares" daşıyıcı-raketi ancaq bu meydançadan start götürə bilər.

Tarix
2014.10.29 / 10:05
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla