Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Keşişlər də etiraz aksiyasına qoşuldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrointeqrasiya tərəfdarlarının Ukrayna hökumətinə qarşı etirazları artıq iki həftədir davam edir. Müxalifətin etimad səsverməsi ilə höküməti istefaya yollamaq cəhdləri boşa çıxdıqdan sonra, onlar baş verə biləcək qanlı zorakılığın qarşısını almaq üçün prezident Viktor Yanukoviçi istefaya çağırıb.

Ukraynalı müxalifət lideri, Arseniy Yatsenyuk aksiyaların davam edəcəyini deyib: "Biz yenə də hökümət binaları və prezidentin qərargahı qarşısında aksiyaları davam etdirəcəyik. Onlara ölkəni talan etmək üçün yeni fürsət verməməliyik. Hamını həmişəki kimi səhər tezdəndən bura toplaşmağa çağırıram. Gəlin Ukraynaya ayaq üstə qalmağa kömək edək".

Kiyevdə aksiyaya qoşulanlar arasında keşişlər də olub. Dindarlardan biri tribunaya çıxaraq, xalqın gələcəyi üçün dua etdiyini deyib.

Müxalfəit etirazların miqyasını genişləndirməyə başlayıb. Parlament, Prezident Administasiyası və Meriyanın binası ilə yanaşı onlar Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik, Müdafiə Şurasının binası qarşısında da piket keçirməyə hazırlaşırlar. Bundan başqa ümumi tətillərə qoşulan regionların da sayı artır.

10 gündən çoxdur ki, dünyanın xəbər kanallarının gözü Ukraynada cəmləşib. Ölkə prezidentinin Avropa İttifaqı ilə sazişi imzalamaqdan imtina etməsindən sonra küçələrə çıxan əleyhdarların bir məqsədi var. Hökuməti və prezidenti istefaya göndərmək. Dünən gecəni küçələrdə keçirən etirazçılara bu gün ölkənin regionlarından da qoşulanlar var. Aksiya iştirakçıları prezidentə ultimatum göndəriblər və tələb ediblər ki, iki gün ərzində növbədənkənar seçkilərin vaxtını müəyyənləşdirsin. Yoxsa hökumət binalarının blokadası bütün gün ərzində davam edəcək. Prezident Yanukoviç isə istefaya getməyəcəyini deməklə, rəsmi səfərlərini davam etdirir.

Kiyevdə vəziyyətin gərginləşməsi ilə əlaqədar paytaxta əlavə polis dəstələri cəlb edilib. Krımdan Kiyevə avtobuslarla hərbi qüvvələrin gətirildyi deyilir.

Kiyevin Mərkəzi meydanına toplaşan etirazçıların bəziləri isə maraqlı aksiya keçiriblər. Onlar polislərə yaxınlaşaraq isti çay və çörək təklif ediblər.

İndiyə qədər polislə etirazçılar arasındakı toqquşmalarda yüzlərlə insan xəsarət alıb. Onlardan 120-nin polis əməkdaşı olduğu deyilir (ANS).

Tarix
2013.12.04 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Baxçalı hamıya meydan oxudu - Seçki çıxışı

Adminitrasiyadan Ərdoğana təbrik: Yola davam...

AKP-dən ilk seçki açıqlaması: Namus məsələsidir!

İstanbul və Ankarada lider kimdir? - Seçki

İncəyə şok: səs verdiyi sandığın nəticəsi

Kürd liderdən biabırçı məğlubiyyət: Hələ ki...

Türkiyə və ABŞ ordusundan növbəti həmlə

Nazirlik rəqəmləri açıqladı: Builki seçki…

BMP "Volsvagen"i belə əzdi - Video

Türkiyədə seçki faciəsi? - Yıldırım danışdı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla