Yuxarı

Bu şokdan sonra özümüzə gəlməli idik - Sabiq deputat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şokdan sonra özümüzə gəlməli idik - Sabiq deputat

Danimarka Formula 1 Qran-Pri yarışlarını Kopenhagenin mərkəzində keçirmək ideyasından imtina edib, lakin bu yürüşün Kopenhagendə keçirilməsi təşəbbüskarlarından biri, parlamentin sabiq deputatı Helge Sander alternativ variantlar axtarır.

Azərtac xəbər verir ki, H.Sander deyib:

“Əlbəttə, Formula 1-ə xoş münasibət başqa bələdiyyələri müəyyən dərəcədə hərəkətə gəlməyə vadar etdi. Əgər Danimarka Qran-Pri keçirmək üçün başqa variant tapsa və o, iqtisadi baxımdan məqsədəuyğun olsa, onda onu həyata keçirməyə çalışmaq lazımdır.

Biz yürüşdən imtina etmək barədə merin bəyanatının yaratdığı şokdan sonra özümüzə gəlməli idik. Lakin etiraf etmək lazımdır ki, Kopenhagendə Formula 1 mərhələsi keçirmək hazırda mümkün deyildir, hərçənd onun sözlərindən sonra demək olar hər gün xoş məlumatlar alırdım”.

H.Sander yürüşə kimin maraq göstərdiyini dəqiqləşdirməyib, amma “Liberty Media” təsdiq edib ki, bir neçə şəhərin hakimiyyət orqanları ilə danışıqlar aparılır.

“Liberty Media” qlobal tədqiqatlarının rəhbəri Mett Roberts deyib: “Təəssüf ki, Kopenhagendə yürüş keçirilməyəcək. Lakin biz bir neçə şəhərin, o cümlədən Şimali Avropada bəzi şəhərlərin hakimiyyət orqanları ilə danışıqlar aparmışıq. Konkret razılaşmalar barədə hələlik heç nə deyə bilmərəm, lakin bilirəm ki, işlər pis getmir. 2020-ci ilin təqvimi gələn mövsümün ortalarında açıqlanacaq”.

Tarix
2018.12.21 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla