Yuxarı

Bin Ladeni öldürən xüsusi təyinatlı danışdı – İlk dəfə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Foks Nyus telekanalı 2011-ci il mayın 2-də əl-Qaidə terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsində iştirak edən SEAL xüsusi təyinatlı dəstəsinin üzvündən müsahibə götürüb.

Axar.az xəbər verir ki, bin Ladeni öldürən insanla ilk müsahibə sənədli film formatında noyabrın 11 və 12-də nümayiş olunacaq.

"Atıcı" ləqəbli xüsusi təyinatlı ilk dəfə ictimaiyyət qarşısına çıxaraq əməliyyat barədə danışacaq.

"Atıcı" 2011-ci ilin mayında xüsusi əməliyyata necə hazırlaşmaları barədə açıqlama verəcək.

Foks Nyus bildirib ki, filmdə indiyə qədər heç yerdə açıqlanmayan faktlar nümayiş olunacaq.

Qeyd edək ki, 2011-ci il mayın 2-də ABŞ Hərbi Dəniz Qüvvələrinin SEAL xüsusi təyinatları tərəfindən Üsamə bin Ladenin Pakistanın Abbottabad şəhərindəki villasında öldürülməsi ilə bağlı məlumat yayılmışdı. Mayın 6-da məlumat əl-Qaidə tərəfindən də təsdiq olunmuşdu.

Daha sonra isə bin Ladenin öldürülməsini ABŞ Prezidenti Barak Obama da təsdiq etmişdi.

"Mənim rəhbərliyim altında İslamabad yaxınlığında əməliyyat keçirildi. Amerika hərbçiləri inanılmaz şücaətlə bin Ladeni zərərsizləşdirdilər", - Obama çıxışında bildirmişdi.

Tarix
2014.10.30 / 10:03
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla