Yuxarı

NATO təşvişdə: Rusiya reaktivləri Avropa səmasında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO təşvişdə: Rusiya reaktivləri Avropa səmasında

NATO Rusiya Hava Qüvvələrinin 28-29 oktyabr tarixlərində Avropa hava səmasında uçuşlarını artırdığını açıqlayıb.

Axar.az xəbər verir ki, NATO hərbi komandanlığı verdiyi açıqlamada Rusiyaya məxsus 4 qrup reaktivin Baltik, Şimal Dənizi, Atlantik okean və Qara dəniz üzərində hərbi manevr etdiyini bildirib.

NATO-nun açıqlamasına görə, radiolokasiya qurğuları Rusiya Federasiyasına məxsus 8 təyyarənin Şimali dənizi üzərində uçduğunu təsbit edib.

Təyyarələrin dördünün Tu-95 bombardmançı və dördünün İl-78 hava tankeri olduğu məlum olub. Təyyarələr radarlarda göründükdən sonra Norveç, İngiltərə və Portuqaliya hava qüvvətlərinə aid döyüş reaktivləri havaya qaldırılıb.

Ayrıca olaraq Qara dəniz üzərində də rus qırıcılarının manevr etdiyi aşkar edilib: "Dörd Tu-95 təyyarəsi ilə iki Su-27 döyüş reaktivi təsbit edilib. Türkiyə Hava Qüvvələrinə məxsus təyyarələr də dərhal havaya qaldırılıb. Bundan başqa NATO radarları Baltik dənizi üzərində iki Miq-31 döyüş reaktivi, iki Su-34 bombardman reaktivi, bir Su-27 və iki Su-24 təyyarəsi təsbit edib".

Tarix
2014.10.30 / 11:13
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla