Yuxarı

ABŞ admiralının 95 illik şok məktubu: ermənilər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı admiralın ermənilər haqqında yazdığı məktub indiyə qədər onların qondarma soyqırım və Ermənistanın qədim tarixi barədə yalanlarına inananların gözlərini açmağa kömək edib.

Axar.az ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Kolbi Miçel Çesterin 1923-cü ildə “Nyu York Tayms” nəşrinin redaksiyasına ünvanlandığı Türkiyədə yaşayan ermənilər barədə məktubunun tam versiyasını əldə edib.

Admiral Miçel məktubda yazır:

“Ermənilərin Türkiyənin şimal-şərqindən deportasiyası haqqında çox eşidirik. Fakt belədir ki, öz sərhədlərini ruslardan qorumaq üçün türklər ordunu Rusiya ilə sərhədə göndərir. Ordu eynilə bizdə - ABŞ-da olduğu kimi Türkiyəyə tabe olan bütün millətlərdən təşkil olunmuşdu. Ön xətdə ermənilər boş güllələrdən istifadə edir və kütləvi şəkildə düşmən tərəfinə keçirdilər. Bu xəyanətləri ilə də ermənilər sakitləşmədilər. Arxa cəbhədə erməni əhalinin yaşadığı böyük bir vilayət var idi. Rusların türklər üzərində qələbə qazanması üçün böyük şans olduğunu hiss edən bu insanlar hərbi təchizat bazası ilə əlaqəni kəsmək qərarına gəldilər”.

Daha sonra ABŞ ictimaiyyətinin xəyanətin tam miqyasını anlaması üçün Çester paralellər aparır:

“Belə bir hadisəni təsəvvürünüzə gətirin. Meksika bizimlə müharibə şəraitində olan güclü rəqibimizdir və biz də işğalçı düşmənin qarşısının alınması üçün ordunu bu ölkə ilə sərhədə göndərmişik. Daha sonra qaradərililərin bizim ordunu tərk edərək düşmən tərəfinə keçdiyini və bununla da kifayətlənməyərək evlərində qalan qaradərililərin mütəşəkkil şəkildə bizim əlaqə xətlərini kəsməyə qərar verdiyini düşünün. Necə düşünürsünüz, bizimkilər, xüsusən də cənublular bu qara dərililərlə nə edərdilər? Bizim qaradərililərin bizdən nifrət etmək üçün ermənilərin türklərə nifrət etməsindən 10 dəfə artıq haqqı çatır. Baxmayaraq ki, cənub hissədə qaradərililər çoxluq təşkil edir, onların nümayəndəlik və qanunların qəbul edilməsi üçün səs vermək hüquqları yoxdur. Cənubda Meysondan Diksona qədər qaradərililər demək olar ki, irqçiliyə məruz qalır, digər tərəfdə isə ermənilər Türkiyədə yalnız nümayəndəliyə sahib olmaqla qalmır, həmçinin başqa heç bir dövlətin icazə verməyəcəyi imtiyazlara sahibdirlər”.

Qeyd edək ki, məktubun mətnini Axar.az-a azərbaycanlı alim, texniki elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi Kamran Rüstəmov təqdim edib.

Tarix
2018.12.24 / 17:07
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh sazişi... – Gülər

Gələn il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri...

AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video

“Politiko” dezinformasiya yaymaqda davam edir - Hacıyev

Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti

Duda İrəvanda Azərbaycandan danışdı

Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video

Samirə Ermənistana getdi, Paşinyana mesaj verdi - Foto

Kəşfiyyatçılar Moskvada bir araya gəldi

"Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla