Yuxarı

Erməni vəkil ABŞ-da həbs edildi -Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni vəkil ABŞ-da həbs edildi -Səbəb

ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Artur Çaçyan adlı erməni əsilli vəkil pul mənimsəmək və ABŞ Sosial təminat administrasiyasına yalan məlumatlar vermək cinayətlərinə görə özünü təqsirli bilib.

Musavat.com xəbər verir ki, Artur Çaçyan ümumi həcmi 14 milyon dollara çatan fırıldaq sxemində iştirak etməkdə, habelə Daxili Gəlirlər Xidmətindən güzəşt əldə etmək üçün Ermənistan respublikasının saxta pasportlarını və şəxsiyyət vəsiqələrini istifadə etməklə şəxsi məlumatları oğurlamqda günahlandırılır.

Çaçyan həmin şəxsi məlumatların oğurlanması nəticəsində əldə olunan 549 min ABŞ dollarını yumaqdan ötrü özünün vəkil olaraq xidmət etdiyi iki müştərisinin bank hesabından yararlanıb.

Ermənistan respubikasının saxta pasportları ilə bağlı fırıldaq sistemin araşdırılması zamanı, Artur Çaçyan da daxil olmaqla, 17 şəxsə ittiham irəli sürülüb.

Çaçyanın funksiyası digər iştirakçılardan qəbzləri alıb, onları öncə müştərilərinin trast hesablarına yatırmaq, daha sonra isə həmin hesablardan başqa qəbz yazdıraraq, pulu geri qaytarmaqdan ibarət imiş. Erməni vəkil bu cür pul yuyulma əməliyyatına görə özü üçün 10% komisyon haqqı aldığını etiraf edib.

Xəbərdə Kaliforniya məhkəməsinin Artur Çaçyan haqqında 2019-cu ildə hökm çıxaracağı bildirilir. Onu 15 ilə qədər həbs gözləyir.

Tarix
2018.12.25 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla