Yuxarı

Ermənilərin Londondakı təxribatı baş tutmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda keçirilən "World Travel Market" ənənəvi turizm sərgisində ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təqdimatının qarşısının alınması üçün Britaniya Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı olan "Reed Exhbitions" şirkəti qarşısında məsələ qaldırıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev AzərTAc-a açıqlamasında bildirib.

O qeyd edib ki, Böyük Britaniya-Azərbaycan parlament qrupunun üzvləri də bununla bağlı Britaniya hökumətinə müraciət ünvanlayıblar.

"Reed Exhibitions" şirkəti separatçı rejimin heç bir halda "World Travel Market" turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib. Qondarma rejimi təmsil etdiyini iddia edən "Qarabağ Turizm İnkişaf İdarəsi"nin bu sərgidə iştirakına rəsmən icazə verilməyib.

Ermənistanın Turizm Nazirliyinə aid pavilyonda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin "Karabakh" adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar olaraq Azərbaycan səfirliyi Britaniya Xarici İşlər Nazirliyi və "Reed Exhbitions" şirkəti ilə işi davam etdirir.

Tarix
2014.11.03 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla