Yuxarı

Avstriyadan katolik kilsəsinə şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Avstriya Roma-katolik kilsəsindən üz döndərən insanların sayı əvvəlki illərə nisbətdə artıb. Yepiskopluqların məlumatları əsasında tərtib edilmiş statistikaya görə, ötən il 60 minədək insan rəsmi olaraq kilsədən çıxıb və bununla da Roma-katolik kilsəsinə mənsubluqlarını dayandırıb.

Axar.az xəbər verir ki, bu göstərici 2017-ci illə müqayisədə 8,7 faiz artım deməkdir. Rəsmi olaraq kilsəni tərk edənlərin əksəriyyəti Vyana və Karintiya əyalətində yaşayan katoliklər olub. Ümumilikdə götürdükdə isə 5,5 milyon katolikin yaşadığı Avstriyada kilsədən çıxanların sayı 1,1 faizə bərabər olub.

Qeyd edək ki, Avstriyada Roma-katolik etiqadına mənsub insanlar illik gəlirin səviyyəsindən asılı olaraq kilsə vergisi ödəyirlər. Kilsəni tərk edən, lakin dini etiqadını dəyişməyən şəxslərin isə belə bir vergini ödəmək mükəlləfiyyətləri qalmır. Avstriya mətbuatında bu məsələ ilə bağlı rəylərdə bəzi insanların həqiqətən də kilsə, ruhanilər və ümumilikdə dini etiqadla bağlı konkret mövqeləri olduğu və buna görə də kilsəni tərk etdikləri qeyd edilsə də, bir qrup insanın kilsəni sırf maddi səbəbdən – kilsə vergisini ödəməkdən yaxasını qurtarmaq üçün tərk etdiyi də hər kəsə məlumdur.

Tarix
2019.01.09 / 21:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla